"Real" onunla müqaviləni yenilədi

"Real"ın ulduzu Rodriqo daha 5 il komandada qalacaq.

Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, yarımmüdafiəçi komandası ilə yeni müqavilə imzalayıb.

22 yaşlı "sambaçı"nın yeni müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Rodriqo "Real"da 179 oyun keçirib. Yarımmüdafiəçi 39 qol və 33 məhsuldar ötürmə ilə yadda qalıb.