"Real Soseydad" yaponiyalı futbolçu ilə yeni müqavilə imzaladı

"Real Soseydad" yaponiyalı futbolçu ilə yeni müqavilə imzalayıb. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, İspaniya klubu Takefuso Kubo ilə 2029-cu ilədək yeni müqavilə imzaladığını bildirib. 

22 yaşlı cinah hücumçusu karyerası ərzində "Real Madrid","Xetafe","Vilyareal" və "Malyorka" klublarının şərəfini qoruyub. 

Qeyd edək ki, Takefuso Kubo bu mövsüm çıxdığı 27 oyunda 6  qol, 4 asistlə yadda qalıb.