"Real" ulduz futbolçu ilə maraqlanır

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az AS nəşrinə istinadla xəbər verir ki, "Real" Madrid 28 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Xəbərdə bildirilir ki, həm klub rəhbərliyi, həm də baş məşqçi Karlo Ançelotti bu transferə böyük maraq göstərir.

Rodri ötən mövsüm İngiltərə klubunun heyətində 50 oyunda 9 qol vurub, 14 asist edib.

Qeyd edək ki, onun "Mançester Siti" ilə 2027-ci ilə qədər müqaviləsi var.