"Real" və "Napoli"nin heyətində itkilər var

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin daha 8 oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, 5-ci turun "Real" - "Napoli" matçı böyük maraqla gözlənilir.

Rəqiblərin Neapoldakı duelindən madridlilər 3-2 hesablı qələbə ilə ayrılmışdılar.

Hər iki düşərgədə itkilər var. Madrid təmsilçisindən Kamavinqa, Kurtua, Arda Gülər, Millitao, Tukameni, Vinisius Junior zədə üzündən komandasına kömək edə bilməyəcək.

İtaliyalılardan isə Matias Oliviyera, Lindstrom, Mario Ruy eyni səbəbdən oyunu kənardan izləyəcək.

Qeyd edək ki, rəqiblər indiyədək 5 dəfə qarşılaşıblar. Bunlardan 4 də "Real" qələbə qazanıb. 1 qarşılaşmada isə qalib müəyyənləşməyib.