"Real"ın oyunçusu 3 ay yaşıl meydanlardan uzaq qala bilər

"Real"ın yarımmüdafiəçisi Brahim Diaz uzun müddət komandasına kömək edə bilməyəcək.

Sportline.az İspaniya klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, "Real Sosiedad"la La Liqanın  5-ci turunda keçirilən görüşdə zədələnən 25 yaşlı futbolçunun sağ budunda zədə aşkar edilib.

Marca nəşrinin xəbərinə görə oyunçunun bərpa müddəti 3 aya yaxın çəkəcək.

Qeyd edək ki, bu mövsüm 5 oyunda meydana çıxan Diaz aktivinə 1 qol və 1 asist yazdırıb.