"Real"ın sabiq ulduzu Arda Güləri dəyərləndirib

"Real"ın sabiq futbolçusu Quti komandanın hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, o, AS nəşrinə açıqlamasında indiki "Real"ın öz dövrünün komandasından güclü heyətə malik olduğunu deyərək, gənc futbolçuların üstünlük təşkil etməsini xüsusi vurğulayıb.

Quti, indiki heyətdə Arda Gülərin yüksək oyun keyfiyyətləri ilə seçildiyini və bir neçə ildən sonra əsl ulduz kimi parlayacağını deyib. 

Qeyd edək ki, Arda Gülər 2023-cü ilin yayından Madrid klubunun formasını geyinir.