Rəcəb Tayyib Ərdoğan "Beşiktaş"ı təbrik edib

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş”ı Ziraat Türkiyə Kubokunu qazanması münasibətilə təbrik edib.

Sportine.az Ntvspor.net-ə istinadla xəbər verir ki, prezident Ərdoğan öz "X" sosial şəbəkəsindən etdiyi paylaşımda "2024 Ziraat Türkiyə Kuboku Çempionu "Beşiktaş"ı və bütün "Beşiktaş" camiəsini və azarkeşlərini ürəkdən təbrik edirəm" ifadələrini işlədib. 

Qeyd edək ki, final görüşündə "Trabzonspor"u 3-2 hesabı ilə məğlub edən "Beşiktaş" tarixində 11-ci dəfə Türkiyə kubokunun sahibi olub.