Renat Dadaşov üçün uğursuz gün
Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" bu gün "Rizespor"un qonağı olub.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Renat bu qarşılaşmanın 71-ci dəqiqəsində mübarizəyə qoşulub.
Qeyd edək ki, 19 oyundan 19 xal toplayan "Hatayspor" yarış cədvəlinin 14-cü pilləsindədir.