Rinat Dasayevdən maraqlı açıqlama

Rusiya futbolunun canlı əfsanəsi Rinat Dasayev maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, "Spartak", "Sevilya" və SSRİ seməsinin sabiq qapıçısı hazırkı futbolçuların məvacibləri ilə bağlı sualı cavablandırıb.

"O vaxt da burada belə pullar olsaydı xaricə gedərdimmi sualına cavab vermək çətindir. Hər halda o vaxt getmək qərarını vermişdim. İndiki futbolçulara həddindən artıq pullar verilirmi? Bu suala "bəli" deyə cavab verirəm", - deyə veteran futbolçu RB Sportun sualını cavablandırıb. 

Qeyd edək ki, hazırda Rusiya klublarından "Zenit"in futbolçularına ilə 32 milyon avro, "Spartak"ın isə 30 milyon avro məvacib verdiyi bildirilir.