Renato Sançes komandada qalacaq
"Roma" klubunun portuqaliyalı futbolçusu komandada qalacağını bildirib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İtaliya klubunun baş məşqçisi De Rossi Renatonun komanda ilə məşqlərdə iştrak etdiyini və əsas heyətdə yer alacağını bildirib.
Türkiyənin "Beşiktaş" klubu da futbolçunu transfer etmək istəsə də "canavarlar"ın futbolçunun keçidinə icazə vermədiyi deyilib.
Qeyd edək ki, Renato Sançes ötən il zədələndiyi üçün yaşıl meydanlardan kənarda qalmışdı.