"Renn"in futbolçusu skuterlə adam öldürüb
"Renn"in 18 yaşlı peşəkar futbolçusu çərşənbə günü qəsdən adam öldürmə ittihamı ilə nəzarətə götürülüb.
Sportline.az Fransa mətbuatına istinadla xəbər verir ki, iyunun 18-də adı açıqlanmayan futbolçu küçənin piyadalar üçün nəzərdə tutulmuş hissəsində elektrik skuteri idarə edərkən 51 yaşlı qadını vurub.Zərərçəkən hadisədən bir neçə gün sonra dünyasını dəyişib.
Hadisə zamanı skuterdə idmançı ilə birgə başqa bir şəxsin də olduğu bildirilir. Müayinədən sonra heç birində alkoqol və ya narkotik istifadəsi aşkar edilməyib.
Qeyd edək ki, iyulun 4-də hadisə ilə bağlı iş prokurorluğa verilib.