Respublika Şahmat Olimpiadası keçirilib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə Balakən Olimpiya İdman Kompleksində yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib.

AŞF-dən Sportline.az-a verilən məlumata görə, 11 turdan ibarət turnirin A və B qruplarında Azərbaycanın 26 şəhər və rayonundan 250 şahmatçı mübarizə aparıb.

Müxtəlif kateqoriyalarda Daniel Konovalov, Mələk Əsədli (8 yaşlılar), Fərid Sadıqzadə, Mədinə Eyvazova (10 yaşlılar), Yusif Musasoy, Məryəm Məmmədova (12 yaşlılar), Hüseyn Qurbanov, Dinara Hüseynova (14 yaşlılar), Məhəmməd Bağırov və Sara Kərimzadə (16 yaşlılar) birinci yeri tutub.

3 və 4 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin komandası A və B qruplarında qalib adını qazanıb. Gəncə və Ucar Uşaq-Gənclər Şahmat Məktəbinin komandası ikinci, Beyləqanla Şəki Uşaq-Gənclər Şahmat Məktəbinin kollektivi isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, reqlamentə əsasən A qrupunda oğlanlar və qızlar arasında 1-ci yer tutan Məhəmməd Bağırovla Dinara Hüseynova noyabrda Monteneqroda keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam olunacaqlar.