Reynders qərarını verdi
"Mançester Siti"nin futbolçusu Ticcani Reynders klubdan ayrılmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, bu haqda "Footy İnsider" nəşri məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi daha çox oynaya biləcəyi komandaya keçmək istəyir.
Qeyd edək ki, T.Reyndersin dəyəri 50 milyon avrodur.