Riberinin bu hərəkəti gündəmdə

"Fiorentina"nın məşhur fransalı futbolçusu Frank Riberi İtaliya çempionatında ilk qalmaqalını yaşayır.

Sportline.az xəbər verir ki, İtaliya A Seriyasının 9-cu turunun "Fiorentina" - "Latsio" (1-2) oyunundan sonra hakimə təzyiq göstərən təcrübəli yarımmüdafiəçini cəza gözləyir.

Paytaxt klubunun hücumçusu Çiro İmmobilenin 89-cu dəqiqədə vurduğu qələbə qolunun ədalətsiz olduğunu düşünən və hakimlərə sərt şəkildə etiraz edən 36 yaşlı futbolçuya Marko Quida birbaşa qırmızı vərəqə göstərib.