Rikardo Kuareşma "Beşiktaş"da

"Beşiktaş" rəhbərliyi keçmiş futbolçu Rikardo Kuareşmanı  derbi öncəsi komandaya dəvət ediblər.

Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, portuqaliyalı futbolçu "Beşiktaş"-"Fənərbağça" derbisini izləmək üçün İstanbua gəlib. 

Portuqaliyalı futbolçu yenidən İstanbulda olmaqdan məmnun olduğunu və Türkiyə futbolu üçün darıxdığını deyib. 

Qeyd edək ki, Rikardo Kuareşma 2011-ci ildən "Beşiktaş"ın şərəfini qoruyub.