Rio-2016: İnna Osipenko-Rodomska üçün daha bir medal imkanı

Rio-2016 Yay Olimpiya Oyunlarında kanoe sprint yarışları davam edir. SportLine.az xəbər verir ki, kayakçımız İnna Osipenko-Rodomska bu gün növbəti cəhdini reallaşdırıb.

200 metr məsafəyə yarışlarda bürünc medal qazanan idmançımız bu dəfə 500 metr məsafəyə yarışda uğurun davamını gətirmək niyyətindədir. 

Artıq təsnifat mərhələsi yekunlaşıb. Bu dəfə də ümidləri doğruldan İnna Osipenko-Rodomska bütün rəqiblərini qabaqlamaqla adını yarımfinala yazdırıb.

Burada da uğurlu çıxışını davam etdirən kayakçımız finişə 2-ci çatmaqla A finalına yüksəlib. Bununla da, idmançımız növbəti Olimpiya medalını qazanmaq imkanı əldə edib.