Rio-2016: Fəridə Əzizova medalsız qaldı

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışları davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə daha bir təmsilçimiz - Fəridə Əzizova mübarizəyə qoşulub.

67 kq-dək çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan idmançı ilk görüşünü 1/8 final mərhələsi çərçivəsində keçirib. Rəqib ABŞ təmsilçisi Peyq Mak Ferson olub. Gərgin mübarizənin sonunda 6:5 hesablı qələbə qazanan taekvondoçumuz 1/4 finala adlayıb. 

Növbəti rəqib özbəkistanlı Niqora Tursunkulova olub. 1/4 final görüşünü də uğurlu nəticə ilə tamamlayan Fəridə Əzizova adını yarımfinala yazdırıb.

Finalın bir addımlığında Cənubi Koreya təmsilçisi Hyeri Ohla üz-üzə gələn taekvondoçumuz məğlubiyyətlə barışıb.

Fəridə Əzizova bürünc medal görüşünə çıxıb. Kristel Qbaqbi ilə mübarizə məğlubiyyətlə nəticələnib.

Rio-2016, Taekvondo, (-67 kq), 1/4 final

Niqora Tursunkulova (UZB) 1
Fəridə Əzizova (AZE) 5

Rio-2016, Taekvondo, (-67 kq), yarımfinal

Fəridə Əzizova (AZE) 5
Hyeri Oh (KOR) 6