Rio-2016: Marina Durunda finalda

Rio-2016 Yay Olimpiya Oyunlarınının növbəti günündə Azərbaycan bədii gimnastika yarışlarında təmsil olunacaq. SportLine.az xəbər verir ki, gimanstımız Marina Durunda ümidləri doğrultmağa çalışır.

Artıq təmsilçimiz ilk cəhdini edib. Durundanın həlqə ilə hərəki hakimlər tərəfindən 17.466 balla qiymətləndirilib. 

İkinci rotasiyada topla çıxış edən gimnastımız bu dəfə 17.466 bala layiq görülüb.

Üçüncü rotasiyada Durunda gürzlə hərəkətlər nümayiş etdirib. Bu dəfə onun çıxışı 17.683 balla dəyərləndirilib.

Son çıxışında lentlə hərəkətlərini nümayiş etdirən gimnastımız hakimlərdən 17.733 bal alıb.

Təsnifat mərhələsini 8-ci pillədə başa vuran gimnastımız finala vəsiqə qazanıb.

Marina Durunda

Həlqə 17.466
Top 17.466
Gürz 17.683
Lent 17.733