Rio-2016: Harçeqani 13-cü medalı qazandırdı

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışları davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə daha bir təmsilçimiz - Milad Beiqi Harçeqani mübarizəyə qoşulub.

80 kq-dək çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan idmançı ilk görüşünü 1/8 final mərhələsi çərçivəsində keçirib. Rəqib Mali təmsilçisi İsmail Kulibali olub. Qələbə qazanan təmsilçimiz (13:6) adını 1/4 final mərhələsinə yazdırıb.

Yarımfinala vəsiqə uğrunda idmançımız iranlı Mehdi Xodabaxşi ilə münasibətləri aydınlaşdırıb. Bu görüşü də qalib bitirən Harçeqani Olimpiadada yoluna davam edir. 

Finalın bir addımlığında Harçeqani Böyük Britaniya taekvondoçusu Lutalo Muhammadla qarşılaşıb. Təəssüf ki, uğurun davamını gətirə bilməyən təmsilçimiz finala yüksələ bilməyib. 

Milad Beiqi Harçeqani bürünc medal uğrunda görüşə çıxıb. Polşalı Pyotr Pajinskiyə xal verməyən taekvondoçumuz 12:0 hesablı qələbə ilə Azərbaycanın hesabına 13-cü medalı yazdırıb.

Rio-2016, Taekvondo, (-80 kq), 1/4 final

 Milad Beiqi Harçeqani (AZE) 17
 Mehdi Xodabaxşi (IRI) 5

Rio-2016, Taekvondo, (-80 kq), yarımfinal

Lutalo Muhammad (GBR) 12
Milad Beiqi Harçeqani (AZE) 7