Rio-2016: 7-ci medal taekvondodan gəldi
Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışları start götürüb. SportLine.az xəbər verir ki, ilk gündə bir təmsilçimiz mübarizə aparacaq. 49 kq-dək çəki yarışan Patimat Abakarova ümidləri doğrultmağa çalışıb.
Mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq təmsilçimiz ilk görüşünü Serbiya idmançısı Tiyana Boqdanoviçə qarşı keçirib. Taekvondoçumuz görüşü məğlub bitirib - 2:3.
Rəqibi finaladək irəlilədiyindən Abakarova təsəlliverici görüşlərdə iştirak etmək imkanı qazanıb. Burada isə, o, əvvəlcə, çinli Jinqyu Vu ilə üz-üzə gəlib. İkiqat Olimpiya çempionu ilə gərgin mübarizənin sonunda 4:3 hesablı qələbə qazanan taekvondoçumuz Fransa təmsilçizi Yasmine Azeizeni də üstələməklə (7:2) bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bu, Azərbaycanın taekvondoda ilk Olimpiya medalıdır. Rio-2016 Olimpiadasında isə ölkəmizin 7ci mükafatıdır.