Rio-2016: Radik İsayev Olimpiya çempionudur

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarına bu gün yekun vurulub. SportLine.az xəbər verir ki, son gündə daha bir təmsilçimiz - Radik İsayev (+80 kq) mübarizə aparır.

Təmsilçimiz mübarizəyə 1/8 final mərhələsindən start verib. Taekvondoçumuz ilk görüşündə Ruslan Zaparovla (Qazaxıstan) üz-üzə gəlib. Qarşılaşmadan qalib ayrılan idmançımız yoluna davam edir.

1/4 finalda təmsilçimiz koreyalı Donqmin Ça ilə qarşılaşıb. Gərgin mübarizədən qalib ayrılan Radik İsayev yarımfinala adlayıb.

Finalın bir addımlığında rəqib Mahama Ço (Böyük Britaniya) olub. Bu dəfə də inamlı təsir bağışalayan taekvondoçumuz həlledici görüşə vəsiqə qazanıb.

Qızıl medal uğrunda Radik İsayev Abdulrazaq Alfaqa (Niger) ilə münasibətləri aydınlaşdırıb. Burada da qalib gələn (6:2) dünya bə Avropa çempionumuz Rio-2016 Olimpiadasında Azərbaycanın altivinə ilk qızıl medalı yazdırıb. Bu, Azərbaycan idmanı tarixində taekvondo idman növündə ilk Olimpiya qızılıdır.

Azərbaycan medallarının sayını 15-ə çatdırıb. Hazırda ölkəmizin aktivində 1 qızıl, 4 gümüş və 10 bürünc medal var.

Taekvondo, +80 kq, 1/8 final

Radik İsayev (AZE) 11
Ruslan Zaparov (KAZ) 2

Taekvondo, +80 kq, 1/4 final

Donqmin Ça (KOR) 8
Radik İsayev (AZE) 12

Taekvondo, +80 kq, yarımfinal

Mahama Ço (GBR) 1
Radik İsayev (AZE) 4