Riyad Mahrezin həyat yoldaşı futbolçunu tənqid edib
Riyad Mahrezin həyat yoldaşı futbolçunu Səudiyyə Ərəbistanına transfer olunduğu üçün tənqid edib.
Sportline.az xəbər verir ki, əlcəzayirli futbolçunun bu mövsüm "Əl-Əhli"yə transfer olunması ailə həyatında problem yaranmasına səbəb olub.
Mahrezin həyat yoldaşı açıqlamasında :"Bu qərar gözlənilməz oldu. "Mançester Siti" ilə məşqlərə qatıldı. 1 saat sonra zəng edərək hazırlaş gedirik dedi. İngiltərədən Səudiyyə Ərəbistanına köçəcəyimiz üçün ağlasam da xeyri olmadı. Mahrez bəzən sadəcə özünü düşünür. Burada yaşamaq mənim üçün çox çətindir. Ümid edirəm ki, sadəcə 1 il daha qalacağıq", - deyib.
Qeyd edək ki, Riyad Mahrez "Əl-Əhli" klubuna 50 milyon avro qarşılığında transfer olunmuşdu.