"Rizespor" klubunun yeni mövsüm üçün formaları təqdim edilib
“Rizespor” sosial şəbəkədə yayımlanan video ilə yeni mövsüm formalarını təqdim edib.Təqdimatda baş məşqçi İlhan Palut da yer alıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, video klubun sosial media hesabından "Əlini qəlbinə qoy və hazır ol" ifadələri ilə paylaşılıb.
Yayımlanan formanın tanıtım videosu azarkeşlər tərəfindən böyük bəyəni toplayıb.
Paylaşılan klipdə məşqçi İlhan Palut da iştirak edərkən, 5 fərqli forma nümayiş etdirilib.
Qeyd edək ki, "Rizespor" Super Liqada son mövsümü 50 xalla 9-cu sırada tamamlayıb.