Roberto Martinez Türkiyə millisindən çəkinir
Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez “ay ulduzlar”ı ən çətin rəqib adlandırıb.
Sportlinea.z Gaol.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli mütəxəssis püşkatmadan sonra jurnalistlərə verdiyi açıqlamada “ Türkiyə millisi rəqiblərimiz arasında ən çətinidir. Bu püşkatma mənə 2008-ci ildəki qrup mərhələsini xatırladır. Bizi çətin oyunlar gözləyir. Amma qələbə qazanacağmıza inanırıq”,-deyib.
Qeyd edək ki, Türkiyə seçmə komandası D qrupunda Portuqaliya və Çexiya milliləri ilə qarşılaşacaq.