Rodriqo "Real"da qalmaqda israrlıdır
Rodriqo “Real Madrid”də qalmaqda israr edir.
Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, “Real Madrid”də Xabi Alonsonun baş məşqçi olduğu ilk yeddi oyunda orta hesabla 15 dəqiqə meydanda olan Rodriqo komandada qalmaqda qərarlıdır.
Braziliyalı futbolçu, Alonso onu 4-3-3 və ya 4-4-2 sistemində yalnız rotasiya oyunçusu kimi görsə belə, komandada qalmaq istəyir.
Son altı oyunda ehtiyat oyunçu kimi qalan Rodryqo Osasuna ilə oyunda isə bir dəqiqə belə şans əldə etməyib.