Rodriqodan yeni müqaviləyə şərh
Hücumçu Rodriqo "Real Madrid" ilə müqavilənin uzadılması ilə bağlı duyğularını bölüşüb.
Sportline.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkədə yazıb.
“Allaha, ailəmə, dostlarıma, azarkeşlərə və klubla əlaqəli hər kəsə təşəkkür edirəm. 2001-ci ildən 2028-ci ilə kimi "Real Madrid"dəyəm. Qarşıda bizi çoxlu hekayələr gözləyir. "Real", mən səni sevirəm!" – deyə futbolçu sosial şəbəkədə yazıb.