"Roma" ispaniyalı futbolçu ilə razılaşdı

"Roma" "Leyptsiq" klubuna məxsus olan ispaniyalı cinah müdafiəçisi üçün Almaniya klubu ilə razılıq əldə edib. 

Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, "canavarlar" Anxenlinyonun keçidi ilə bağlı bütün məsələlərdə razılıq əldə edib.Futbolçunun transferi üçün "Roma" klubu 2 futbolçu ilə yolları ayrımalı olacaq.

İtaliya klubunun rəsmiləri Renato Sançes və Zeki Çelik üçün gələn təklifləri dəyərləndirəcəklərini bildiriblər.

Qeyd edək ki, Anxelinyo bu gün "Qalatasaray" klubu ilə məşqlərə çıxmaqdan imtina edib.