"Roma" - "Milan": Düşərgələrdəki son durum

UEFA Avropa Liqasında bu gün yarımfinalçılar müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən birində “Roma” "Olimpiko" stadionunda “Milan”ın qəbul edəcək.

İlk görüşdə 1-0 hesabı ilə qalib gələn "canavarlar" bu gecə doğma meydan və azakreş amilindən yararlanmaq niyyətindədirlər.

Amma paytaxt səfərinə iddialı yollanan “Milan”la görüşdə bu, heç də asan vəzifə sayılmır.

Meydan sahiblərindən Ndika cəza, Kristensen isə zədə üzündən görüşü buraxmalı olacaq.

Qonaqlarda isə zədəli Kalulu, Kyaer, Pobeqa komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, İtaliya dueli Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.