"Roma" üçün 800 milyon avro təklif olundu

Ərəblər "Roma" üçün 800 milyon avro təklif etdilər.

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "Nyukasıl Yunayted"in Səudiyyə Ərəbistanından olan sahibləri İtaliya klubunu almaq istədiklərini bildiriblər. 

"Roma" klubunun hazırki prezidenti klubun 25%-ni satmaq istədiklərini və gələn təklifi qəbul edə biləcəklərini deyib. 

Qeyd edək ki, İtaliya klubunun rəsmiləri maliyyə problemi yaşadıqları üçün belə bir addımı atmaq məcburiyyətində qaldıqlarını bildiriblər.