“Roma”nın futbolçusu Avropa Liqasının ən məhsuldar 3-cü oyunçusu oldu
"Roma"nın belçikalı ulduz futbolçusu Avropa Liqasının ən məhsuldar 3-cü oyunçusu oldu.
Sportline.az Opta Sport-a istinadən xəbər verir ki, Romelu Lukaku “Feynoord”la oyunda fərqlənərək Avropa Liqasının ən məhsuldar üçüncü oyunçusu olub.
Xəbərdə bildirilir ki,belçikalı ulduz 26 qola çataraq Aritz Adurizlə (“Atletik Bilbao”) qol sayını bərabərləşdirib.Siyahının ilk 2 sırasında isə “Marsel”də çıxış edən Aubameyanq və “Rayo Vallekano”nun hücumçusu Radamel Falkao qərarlaşır.Hərəsinin aktivində 30 qol var.
Qeyd edək ki,Uefa Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununda “Feynoord” doğma meydanda “Roma” ilə 1-1 hesablı heç-heçəyə razılaşıb.