Romansevi "Spartak"a təklif etdilər
"Mançester Yunayted"in sabiq futbolçusu Andrey Kançelskis "Spartak"ın böhrandan çıxarılması üçün maraqlı təkliflə çıxış edib.
Sportline.az xəbər verir ki, tanınmış mütəxəssis RB-Sport-a açıqlamasında moskvalıların sabiq baş məşqçisi Oleq Romansevi kluba qaytarmağın vacibliyini bildirib: "Rusiya çempionu olmaq istəyirsinizsə Romansevi Abaskalın yerinə götürün. O, sizə çempionluq sevinci yaşadacaq. Bunlar elementar şeylərdir, onları başa düşmək lazımdır. Hər şey çox sadədir: Oleq Ivanoviçi götürürsən və "Spartak" çempion olur"
Qeyd edək ki, "qırmızı-ağlar" hazırda Rusiya Premyer Liqasında turnir cədvəlinin 7-cisidir.
Moskva təmsilçisi 13 oyundan cəmi 20 xal toplamaqla çempionluq imkanlarını sual altında qoyub.