Romariodan sərt açıqlama
Əfsanəvi futbolçu Romario Libertadores Kubokunun finalı barədə sərt danışıb.
Sportline.az xəbər verir ki, Romario noyabrın 4-də Rio-de-Janeyroda keçiriləcək “Fluminense” və “Boka Xuniors” matçında argentinalılara sərt çıxış edib.
“Cəhənnəm olsun, bu argentinalılar. "Fluminense" mənim sevimli komandamdır. "Boka" parça-parça olacaq!” - deyə Romario "O Globo"ya bildirib.
Qeyd edək ki, "Boka Xuniors" 6 dəfə Libertadores Kubokunda çempion olsa da, "Fluminense" bunu 1 dəfə də bacarmayıb.