Ronald Arauxo "Bavariya"da
"Bavarya"nın baş məşqçisi Tomas Tuxel "Barselona"nın futbolçusu Ronald Arauxonu heyətinə qatmaq niyətindədir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis Arauxoya zəng edib və futbolçunun Almaniya klubuna qatılması istəyib. "Barsselona"nın 24 yaşlı futbolçusu isə təklifi qəbul edib və "Bavarya"da çıxış etmək üçün hazır olduğunu deyib.
"Bavarya" klubunun Ronald Arauxo üçün "Barselona"ilə danşıqlara başladığı bildirilib.
Qeyd edək ki, Ronald Arauxo bu mövsüm "Barselona" forması ilə çıxış etdiyi 13 oyunda 1 qol ilə yadda qalıb.