Ronaldinyo ən bəyəndiyi futbolçunu açıqladı.
Braziliya millisinin keçmiş ulduz futbolçusu Ronaldinyo Kilian Mbappenin oyun stilini bəyəndiyini gizlətməyib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Ronaldinyo jurnalistlərlə görüşü zamanı “ Mbappe çox istedadlı və fərqli oyun stilistikası olan futbolçudur. Onun kimi oyunçu çıxış etdiyi hər kluba qələbə qazandıra bilər. “Qızıl Top”u qazanacağına əminəm”,-deyib.
Qeyd edək ki, Ronaldinyo “PSJ”ni sevdiyi üçün Mbappenin Fransa klubunda qalmasını istədiyini də gizlətməyib.