Ronaldo: "Bu liqa daha da yaxşı olacaq"
"Bu liqa daha da yaxşı olacaq".
Sportline.az xəbər verir ki, bunu "Əl-Nəssr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı mətbuatına danışarkən bildirib.
"Səudiyyə Ərəbistanı liqasına ulduz axını davam edəcək. Bu, son deyil. Qarşıda komandalar daha da güclənəcək və daha çox insan bu çempionatı izləyəcək" - deyə Ronaldo bildirib.