"Ronaldo Drenteyə heyran olmuşdu"
Keçmiş "Real"lı Rafael van der Vaart sabiq komanda yoldaşı Royston Drente haqqında açıqlama verib.
Sportline.az xəbər verir ki, bu barədə van der Vart AS-a danışıb.
“Düşünürəm ki, Royston Niderlandın indiyə qədər sahib olduğu ən yaxşı sol cinah müdafiəçisidir. Eqosunu, küçə futboluna olan sevgisini bir kənara qoysaydı, yenə də millidə oynayacaqdı. "Real"ın məşqində Kriştiano Ronaldoya qarşı oynamaqdan həzz alırdı. Bu, onun üçün bir sınaq idi. Ronaldo Drenteyə heyran heyran olmuşdu. Royston sürətli, çevik və texnikalı idi”, - deyə van der Vaart AS-a bildirib.