Ronaldo Messinin ələ salındığı paylaşımı bəyənərək rəy bildirib
Kriştiano Ronaldo bu dəfə qalmaqalla gündəmə gəlib.
Sportline.az xəbər verir ki, İspaniyanın “As Tomas Roncero” qəzetinin baş redaktor müavini Lionel Messiyə 8 dəfə "Qızıl top" verildiyi üçün argentinalını ələ salan paylaşım edib. Ronaldo isə bu paylaşımı bəyənib və rəy yazıb.
Jurnalist bildirib ki, Messi cəmi beş "Qızıl top" qazanmalı idi. Digər mükafatlar Andres İniesta və ya Xavi, Robert Levandovski və Erlinq Haalandın haqqı idi.
"Il-Nəsr"in hücumçusu Ronaldo isə bu paylaşıma şərh yazıb, bəyənməkdən çəkinməyib.