Ronaldudan bərbad statistika

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo antirekorda imza atıb.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu A Seriyasında cərimə zərbələrindən ən çox uğursuz istifadə edən ikinci futbolçu olub. O, 18 cərimə zərbəsinin heç birini qola çevirə bilməyib. Bundan sonra komandanın baş məşqçisi Mauritsio Sarrinin cərimə zərbələrini Ronaldoya yox, Miralem Pyaniçə həvalə edəcəyi iddia edilir.

Qeyd edək ki, A Seriyasında bu antirekorda görə birinci yeri 24 uğursuz zərbə ilə “Frosinone”nun futbolçusu  Kamillo Siano tutur.