Ronaldonun İtaliyada qol vurmadığı komanda qalmadı
"Yuventus" İtaliya A seriyasında növbəti oyuna çıxıb.
Sportline.az xəbər verir ki, Turin klubu 18-ci turda doğma meydanda "Kalyari" ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. Bunadək İtaliya A Seriyasında "Kalyari"dən başqa bütün klublara qol vuran Kriştiano Ronaldo bu dəfə het-trik edib.
"Yuventus" - "Kalyari" - 4:0
Qollar: Ronaldo, 49, 67-pen, 82, İquain, 81
Bu qələbə ilə xalını 45-ə yüksəldən Maurisio Sarrinin komandası turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "İnter" 42 xalla (17 oyun) 2-ci, "Latsio" 39 xalla (17 oyun) 3-cüdür.