Ronaldonun maaşı bəlli oldu

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu "Ən-Nəsr" klubu ilə yeni müqaviləsinə əsasən, futbolçular üçün rekord məbləğdə - illik 263 milyon avro maaş alacaq.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Tankredi Palmeri "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Qeyd edək ki, "Əl-İttihad"ın fransız hücumçusu Kərim Benzema və "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi ildə 200 milyon avro qazanırlar.