Ronaldonun oğlu "Əl-Nəsr"də

Kriştiano Ronaldonun oğlu Junior Kriştiano Ronaldo "Əl-Nəsr"in akademiyasına qoşulub.

Sportline.az "Arriyadiyah"a istinadla xəbər verir ki, superulduzun oğlu da atası kimi Səudiyyə Ərəbistanı klubunda çıxış edəcək. Junior Ronaldo 7 nömrəli forma ilə çıxış edəcək. Onun ilk oyunu oktyabrın 20-də olacaq.

38 yaşlı Ronaldo bu ilin əvvəlində “Əl-Nəsr”ə keçib. Bu ölkədə 30 oyujna çıxan təcrübəli forvard 25 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.