Ronaldonun planında məşqçilik yoxdur

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo karyerasını bitirdikdən sonra məqçi olmağı planlaşdırmır.

Sportline.az xəbər verir ki, portuqaliyalı hücumçu İtaliya mətbuatına açıqlamasında bu haqda düşünmədiyini bildirib:

“Hazırda karyeramı bitirdikdən sonra məşqçi olmaq barədə düşünmürəm. Ancaq ola bilər ki, bir gün futbolsuz darıxım və bunu istəyim. Əgər məşqçi olsam, motivator olacağam. Məşqçi mütləq öz futbol ehtirasını və istedadını komandaya ötürməlidir. Məsələn, mən topla hərəkət etməyi, qol vurmağı çox sevirəm. Motivator bunu komandaya da aşılamalıdır”.