Ronaldu azarkeşləri qəzəbləndirdi
Dünən “Riyadh Season Cup” çərçivəsində keçirilən “Əl Hilal” – “Əl Nəsr” qarşılaşmasında xoşa gəlməz hadisələr yaşanıb.
Sportline.az xəbər verir ki, “Əl Nəsr” klubunu hücumçusu Kriştiano Ronaldo yoldaşlıq görüşündə “Əl Hilal” azarkeşlərinin davranışına emosional riaksiya verib. Azarkeşlər, super ulduz hər dəfə topa toxunanda Lionel Messinin adını səsləndiriblər.Ronaldo soyunub geyinmə otağına yollanarkən ona tribunadan Əl Hilal klubunun şərfini tullayıblar.Kriştiano isə cavabında şərfi götürərək şortunun içinə soxub və sonra onu azarkeşlər tərəfə atıb.
Qeyd edək ki , “Əl-Nəsr” daha əvvəl cari turnirdə Messinin çıxış etdiyi “İnter Mayami” klubunu 6-0 hesabı ilə məğlub edib.
Ronaldo bu mövsüm komandasının heyətində 25 matçda meydanda olub.Bu oyunlarda o,24 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.