Ronaldu fanatlarına xoş xəbər
"Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu zədəsini sağaldıb.
Sportline.az xəbər verir ki, 34 yaşlı portuqaliyalı, artıq, komanda ilə ümumi məşqlərə qatılıb.
Qeyd edək ki, Ronaldu, zədə üzündən, A seriyasının 5-ci turunun "Breşia" ilə oyununu kənardan izləmişdi.