Ronaldu: "Sona qədər savaşmalıyıq"

İtaliya A Seriyasının 10-cu turunda "Cenoa" ilə matçda (2:1) komandasnın 90+6-cı dəqiqədə qələbə qolunu vuran Kriştianu Ronaldu açıqlama verib.

Sportline.az xəbər verir ki, portuqaliyalı hücumçu A Seriyasında "İnter"lə rəqabət aparmalarından danışıb:

"Biz "Yuventus"uq, sona qədər savaşmalıyıq. Üç xal üçün xoşbəxtik. Çoxlu şaslarımızı dəyərləndirə bilmədik. Oyundan öncə "İnter"in turnir cədvəlində lider olması bizi daha çox hirsləndirdi. Buna görə də yalnız qələbəni hədəfləyirdik".

"Yuventus" 26 xalla yarış cədvəlinin lideridir. "İnter" 25 xalla 2-cidir.