Ronaldunun oğlundan fantastik göstərici

"Yuventus"un futbolçusu Kriştianu Ronaldunun oğlu öz yaş kateqoriyasının komandasının tərkibində möhtəşəm qol göstəricisi ilə diqqət çəkir.

Sportline.az xəbər verir ki, kiçik Ronaldu Turin klubunun U-9 komandasında 28 matçda 58 qol vurub. O, həmçinin 18 qolun ötürməsini də verib.

Qeyd edək ki, Ronaldunun oğlu ötən ilin yayından "Yuventus"un U-9 komandasında oynayır.