Braziliyalı ulduz futbolçu Türkiyənin ən baxımlı yarış proqramına qatılacaq

Braziliya millisinin keçmiş futbolçusu Türkiyənin ən baxımlı yarış proqramına qatılacaq.

Sportline.az xəbər verir ki, söhbət super ulduz Ronaldinyodan gedir.

Ulduz futbolçu Acun Ilıcalının rəhbərlik etdiyi "Survivor" proqramına qatılacaq. Bu barədə məşhur teleaparıcı yarış proqramının axrıncı buraxılışında məlumat verib. 

Qeyd edək ki,  Acun Ilıcalı İngiltərənin Çempionşip liqasında "Hall Siti" klubunun sahibidir.