Roy Kin “Mançester Siti”ni tənqid atəşinə tutub

“Mançester Yuanyted”in keçmiş futbolçusu Roy Kin “Mançester Siti”ni çempion olaraq görmədiyini deyib

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, hazırda futbol eksperti olaraq çıxış edən Roy Kin açıqlamasında “Mançester Siti” bu mövsüm çempion ola bilməyəcək. Bura İngiltərə Premyer liqasıdır. 4 il ardıcıl çempion olmaq asan vəzifə deyil. Futbolçuların zədələnməsi və klubdan ayrılması öz təsirini göstərir.  “Arsenal” ilə “Liverpul”un çempion olması daha real görünür. “Mançester Yuanyted” haqqında isə danışmaq istəmirəm”,-deyib.

Qeyd edək ki, Roy Kin daha çox “Arsenal”ın çempion olmasını istədiyini gizlətməyib.