Rusiya çempionatında yeni qərar
Rusiya Futbol Federassiyası yeni qərar qəbul edib.
Sportline.az xəbər verir ki,Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitofanov Rusiya Premyer Liqasında əcnəbi futbolçulara verginin mümkünlüyündən danışıb.
Onun sözlərinə görə belə bir təşəbbüsə ya gələn mövsüm ,ya da ondan sonrakı mövsüm baxılacaq.
2022-ci ildə RPL-in əcnəbi futbolçulara vergi tətbiq edəcəyi məlumatı yayılmmışdı.Belə ki, klublar heyətində yer alan əcnəbilərin meydanda keçirdiyi hər dəqiqə üçün 5 mindən 10 min rubla qədər vergi ödəyəcək.
Qeyd edək ki, verginin məbləği legionerin yaşından asılı olacaq.