Rusiya futbolunda daha bir yenilik
RPL və Rusiya kubokunda hakimlər VAR-dan sonra qərarlarını bütün stadiona elan edəcəklər.
Sportline.az Rusiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki,2023-2024 mövsümünün ikinci hissəsindən etibarən RPL və Rusiya kubokunun oyunlarında hakimlər VAR-da qəbul etdikləri qərarları ictimaiyyətə açıqlayacaqlar.
Hakimlərin sözləri bütün stadionda və televiziyada yayımlanacaq.
Qeyd edək ki ,Portuqaliya və Meksika çempionatlarında artıq analoji təcrübədən istifadə olunur.